Türkiyənin xarici işlər naziri Hakan Fidanın İraqa rəsmi səfər edəcəyi gözlənilir.
"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, səfər 26 yanvarda baş tutacaq.
Hakan Fidanın İraq prezidenti və iraqlı həmkarı ilə görüşü planlaşdırılıb.
Görüşlərdə Türkiyə-İraq ikitərəfli münasibətlərinin gündəmində olan önəmli mövzular və cari regional inkişaflar müzakirə olunacaq.