AZ

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası bu tarixdə keçiriləcək

Bu il Milli Məclisin yaz sessiyası fevralın 1-i deyil, 3-ü başlayacaq.

Day.Az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsində yaz sessiyasının müddəti barədə bildirilib:

"Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır".

2025-ci il fevralın 1-i şənbə, 2-si bazar gününə təsadüf etdiyindən Daxili Nizamnaməyə əsasən, yaz sessiyasının ilk plenar iclası fevralın 3-də keçiriləcək.

Seçilən
69
12
day.az

10Mənbələr