AZ

Sanksiyalar Rusiyanın idxalını 3 faizədək azaldıb

2024-cü ildə Rusiyanın əsas ticarət tərəfdaşları Çin, Hindistan, Türkiyə, Belarus və Qazaxıstan olub.

Demokratikmusavat.comxəbər verir ki, məlumatı Rusiya iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev İnterfaks-a müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, sıralama 2023-cü ildəki kimidir: "Burada heç bir əsaslı dəyişiklik yoxdur. İlk üç ölkə hələ də Çin, Hindistan, Türkiyədir. Sonra Avrasiya İqtisadi İttifaqından olan tərəfdaşlarımız - Belarus, Qazaxıstan gəlir".

İliçev bildirib ki, 2024-cü ilin 10 ayı ərzində xarici ticarət dövriyyəsi təqribən 584 milyard dollar təşkil edib ki, (İqtisadi İnkişaf Nazirliyi Federal Gömrük Xidmətinin rəqəmlərindən istifadə edir - İF) bu da 2023-cü ilin eyni dövründəki göstəricidən 1,5 faiz azdır: 10 ay ərzində malların ixracı təxminən 1 faiz artaraq 354,4 milyard dollar, idxal isə 2,7 faiz azalaraq 229,8 milyard dollar olub.

O xatırladıb ki, Çin öz ilkin məlumatlarını dərc edib - onlara görə, 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin artımı 1,9 faiz təşkil edib, həcmi 244 milyard dolları ötüb. İliçev həmçinin deyib ki, 10 ayın məlumatına görə, Rusiya xarici ticarətində “dost” ölkələrin payı 2023-cü ildəki 77 faizlə müqayisədə 83 faizə yüksəlib. İdxalın azalmasını o, ticarət əməliyyatlarının maliyyələşməsi sahəsində sanksiyalar üzündən yaranan çətinliklərlə əsaslandırıb.(Musavat.com)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
56
2
Demokratikmusavat.com

2Mənbələr