Azərbaycan Basketbol Liqasında XII tura bu gün yekun vurulacaq.
\"Report\"un məlumatına görə, sonuncu oyunda \"Şəki\" \"Ordu\"nu qəbul edəcək.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 20 xalla ikinci, \"Ordu\" 19 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında \"Abşeron\" \"Sərhədçini\" (86:79), \"Sabah\" \"Neftçi\"ni (75:65), \"Sumqayıt\" \"Lənkəran\"ı (93:90), \"Gəncə\" \"Quba\"nı (96:78), NTD isə \"Naxçıvan\"ı (90:70) məğlub edib.