AZ

ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: Sübutlara baxmaq vaxtıdır

ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası daxili və beynəlxalq prosesləri manipulyasiya edərək reallığın təhrif olunmuş mənzərəsini yaratmaq üçün təbliğat aparıb.

Bu barədə Baltimor Universitetinin professoru, konfliktologiya sahəsi üzrə ekspert İvan Saşa Şihanın analitik məqaləsində deyilir.

Müəllif qeyd edir ki, bu təbliğat ölkə daxilində bəzən iqtisadi problemlərin, sosial etirazların və böhranların real miqyasını gizlədirdi. Oxşar yanaşma beynəlxalq siyasətdə də tətbiq olunurdu, ikili standartlar siyasəti, xüsusən də Azərbaycan və Ermənistanla bağlı ritorikanın xarakterik xüsusiyyətinə çevrilmişdi.

Ağ Ev amerikalıları inflyasiya və artan xərclərlə üz-üzə qoysa da, iqtisadiyyatın inkişaf etdiyinə inandırmaqla dəfələrlə çaşdırıb. Bayden həmçinin mühakimə olunan oğlu və qardaşını əfv etməklə məhkəmə işlərinə qarışmamaqla bağlı vədini pozub. Ekspertin fikrincə, Demokratlar Partiyası aşkar faktlara məhəl qoymayaraq vətəndaşların dəstəyindən məhrum oldu.

ABŞ-nin hazırkı prezidenti Donald Trampın andiçmə mərasimindən bir neçə saat əvvəl Demokratlar Partiyasının Nevada ştatının birinci dairəsindən olan nümayəndəsi Dina Taytus "X" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda o, Azərbaycanda 18 erməni "siyasi məhbus"un "Artsax"da etnik təmizləmə nəticəsində məhkəmə qarşısına çıxarıldığını və bu məhkəmə prosesinin guya saxta olduğunu vurğulayıb.

"Bu sualı verənlər üçün qeyd edim ki, "Artsax" deyilən bir ərazi yoxdur. Bu torpaq beynəlxalq səviyyədə, o cümlədən ABŞ hökuməti tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Bura 1990-cı illərdən etibarən Rusiyanın dəstəklədiyi etnik erməni separatçıları tərəfindən qanunsuz olaraq işğal edilib. Əslində, "Artsax" separatçılar tərəfindən bu torpağa verilən ad idi", - müəllif bildirib. Onun sözlərinə görə, Azərbaycan 2023-cü ildə lokal antiterror tədbirləri zamanı əsl adı ilə Qarabağ olan bölgəni tamamilə öz nəzarətinə qaytarıb və bundan sonra "Artsax" onun saxta liderləri tərəfindən ləğv edilib. Taytusun dediyi "etnik təmizləmə" isə Ermənistana öz silahlı qüvvələrinin qayıtmasıdır.

"Siyasi məhbuslar" ifadəsinə gəldikdə isə, Ruben Vardanyan və digər separatçılar müharibə cinayətləri və terrorizmlə bağlı mühakimə olunurlar”, - professor qeyd edib. Ekspert diqqətə çatdırıb ki, Vardanyan erməni əsilli rus oliqarxıdır və 1990-cı illərin əvvəllərində Rusiyada çirkli pulların yuyulması hesabına milyardlar qazanıb: "O, uzun müddət Rusiyanın maraqlarının təmsilçisi olub, "Putinin pul kisəsi" ləqəbini qazanıb və bu gün Rusiyanın Ukraynadakı qanunsuz müharibəsini dəstəklədiyinə və ondan gəlir əldə etdiyinə görə Kiyevin sanksiyalarına məruz qalıb. Qanunsuz və tanınmayan "Artsax"ın dövlət naziri təyin edilib. Bəziləri onun Kremlin agenti kimi çıxış etdiyini, Moskvanın Ermənistan və Azərbaycan arasında sülh prosesini pozmaq və Rusiyanın regionda zəifləyən təsirini gücləndirmək səylərini dəstəklədiyini düşünür".

Seçilən
20
6
aznews.az

10Mənbələr