Cənubi Koreya prokurorluğu prezident Yun Sok Yola qarşı qiyama görə rəsmi ittihamlar irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi bildirib.
Məlumata görə, yanvarın 23-də Yüksək Səviyyəli Məmurlar barəsində Korrupsiyaya Qarşı İstintaq İdarəsi Yun Sok Yolun işini prokurorluğa təqdim edib. Həmin gün prokurorluq prezidentin həbs müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə iki dəfə hüquq-mühafizə orqanının həbs müddətinin uzadılması ilə bağlı vəsatətini rədd edib.