“Araz-Naxçıvan” Misli premyer-liqasının 20-ci turunda “Neftçi”ni məğlub etdi - 2:1.
“Football-plus.az” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında belə deyib:
- Oyunun belə ağır keçəcəyini təxmin ediridik. Qış fasliəsindən sonra “Neftçi”nin göstərdiyi oyun da bizə müəyyən siqnallar verirdi ki, ağır oyun olacaq.Komandamın çıxışındanrazı qaldım. Komandanı təbrik eidrəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Birinci hissədə rəqibə nə etdiz ki, dörd dəyişiklik oldu?
- Daha çox özümüzə köklənirik. Bizi düşündürən komadamızın oyun dəst-xəttidi.
- Həmin əvəzetmələrdən sonra fərq hiss etmədiz?
- Sən hesabda öndə olanda rəqib üstünə gəlir. Bu da normaldı.
- Ardıcıl üç məğlubiyyət komandaya psixoloji təzyiq göstərirdi?
- İdman mediası bizi “qara zolağa salmağa” çalışırdı. Futbolda həmin o zolaq yoxdu. Komanda həmin o təzyiq altında deyil. Udmaq necə əhəmiyyətlidisə, məğlubiyyəti də gözləməlisən.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta