Latviya və İsveç arasında sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib.
Bu barədə “LSM” dövlət televiziya və radio portalı məlumat yayıb.
Qeyd olunub ki, mərkəzin məlumat ötürülməsinin monitorinq sistemi Ventspils-Gotland bölməsində fasilələri qeydə alıb.
“LVRTC”nin korporativ kommunikasiyalar departamentinin rəhbəri Vineta Spruqayn bildirib ki, hal-hazırda kabel əhəmiyyətli dərəcədə zədələnib və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünmək üçün əsaslar var.