Britaniyanın Baş naziri Kir Starmer ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Kir Starmerin ofisindən yayılan açıqlamada deyilir ki, danışıq zamanı Kir Starmer Prezident Trampı inaqurasiya münasibətilə təbrik edib.
Baş nazir, həmçinin Prezident Trampın Qəzzada tarixi atəşkəsin və girovların azad edilməsinin təmin edilməsindəki rolunu yüksək qiymətləndirib. Prezident Tramp isə Emili Damarinin azad edilməsini alqışlayıb və ailəsinə ən xoş arzularını çatdırıb.
Mətləb