Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxs AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblinin oğludur.
Hadisənin konkret səbəbi hələlik məlum deyil. İ.Qəriblinin itkin düşməsi xəbəri yayıldıqdan sonra gölün kənarından onun şəxsi əşyaları tapılmışdı.
Qeyd edək ki, İ.Qəriblinin nəşi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən yanvarın 24-də sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.