AZ

Barmağı dəmir halqada sıxılan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşın barmağında sıxılaraq qalmış üzüyün müvafiq vasitələrlə çıxarılması təmin edilib.

Seçilən
3
1
publika.az

3Mənbələr