AZ

“Fotoxronika”: “Aerodrom” kepka qoymuş oğlanlar –- Fransız Anrinin 50 il əvvəl çəkdiyi Bakı koloriti (FOTO)

“Aerodrom” kepka qoymuş oğlanlar 

Azərbaycan SSRİ-nin tərkibində olduğu illərdə xaricə çıxışı yox idi. Çox məhdud halda baş tutan xarici səfərlər Moskvanın müvafiq razılığı ilə baş tuturdu.

Amma buna baxmayaraq Avropanın və digər ölkələrin SSRİ-yə gələ bilmiş azsaylı vətəndaşları arasında yollarını Bakıya salanlar da olub. Onların çəkdikləri, şəxsi arxivlərində saxladıqları  şəkillər sonralar foto salonlarında nümayiş edilib.

AzPost “Fotoxronika” layihəsini təqdim edir.

Aerodrom

Funikulyorun pillələri üstündə oturmuş azərbaycanlı  aerodrom “kepkalı” gənclərin əks olunduğu şəkil müstəqillik illərində sovet dövrününü Bakı koloritini göstərmək üçün nümayiş olunurdu.

1972-ci ildə çəkilmiş fotonun müəllifi əcnəbidir. XX əsrin məşhur fransız fotoqrafı Anri Bresson Azərbaycanda olarkən çəkib.


Anri Bresson qapalı SSRİ-yə gələ bilmiş ilk xarici fotoqrafdır. O bir neçə dəfə SSRİ-yə gəlib. İlk dəfə Stalin öldükdən sonra – 1954-cü ildə Sovet İttifaqında səfərdə olub.

Anri Bresson 1972-ci ildə Bakıya da gəlib. Burada silsilə şəkillər çəkib. Bu şəkil də həmin silsilədəndir.

 

Seçilən
13
azpost.info

1Mənbələr