AZ

Emil Balayev 100-ə çatdı

Misli premyer-liqasının 20-ci turu Emil Balayev üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Neftçi”nin qapıçısı ölkə çempionatlarında 100-cü matçını keçirib. Onun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.

O, premyer-liqada 4 komandada forma geyib. Balayev “Neftçi”də 13 (13 top buraxıb), “Səbail”də 69 (101 top buraxıb), “Zirə”də 1 (1 top buraxıb), “Qarabağ”da 17 (11 top buraxıb) matç keçirib.

Qeyd edək ki, Emil ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdı.

Seçilən
34
7
football-plus.az

10Mənbələr