AZ

Azərbaycanda mehmanxanaların gəlirləri kəskin artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipliobyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42,0 faiz artaraq694,2 milyon manat olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, gəlirlərin 65,5 faizi nömrələrin (otaqların)təqdim olunması üzrə xidmətlərdən, 24,5 faizi ictimai iaşəxidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,5faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bildirilib ki, 2024-cü ildə mehmanxana (hotel) və mehmanxanatipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkəüzrə 24,0 faiz olub. (2023-cü ildə 20,1 faiz).

Qeyd olunub ki, bu göstərici Şabranda 62,9 faiz, Naftalanda 46,1faiz, Bakıda 39,3 faiz, Qusarda 27,0 faiz, Sabirabadda 23,7 faiz,Qəbələdə 23,5 faiz, Qubada 22,2 faiz, Ağstafada 19,2 faiz,Ağcabədidə 17,6 faiz, Beyləqanda 17,5 faiz, Şamaxıda 17,4 faiz,Lənkəranda 17,3 faiz, digər şəhər və rayonlarda isə 17,3 faizdənaşağı olub.

Seçilən
7
2
az.trend.az

7Mənbələr