Terapevt Şirin Lakhani davamlı zəifliyin gizli və təhlükəli səbəbini müəyyən edib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Lakhani bildirib ki, düzgün istirahətdən sonra belə keçməyən davamlı zəiflik dəmir çatışmazlığı anemiyasının əlaməti ola bilər.
Bu diaqnozu təsdiqləmək və ya təkzib etmək üçün o, mümkün qədər tez həkimə müraciət etməyi və qan testi etməyi tövsiyə edib.
“Anemiya ilə qanda hemoglobinin səviyyəsi aşağı düşür. Hemoqlobin isə öz növbəsində qanla orqanlara oksigeni daşıyır və bu kifayət etmədikdə, insan daim zəiflik və yorğunluq hiss edəcək”, – deyə terapevt izah edib.
Reproduktiv yaşda olan qadınlar üçün dəmir səviyyəsinin monitorinqi xüsusilə vacibdir. Onun sözlərinə görə, ağır menstruasiya və kontraseptiv həblərin qəbulu ilə orqanizm bu mikroelementi intensiv şəkildə itirir ki, bu da anemiyaya və saç tökülməsinə səbəb olur.
Lakhani daimi zəiflik və əzələ ağrılarının digər səbəblərini qalxanabənzər vəzinin nasazlığı və D vitamini çatışmazlığı adlandırıb. Bu zaman həkim D və B12 vitaminlərini ancaq mütəxəssislə məsləhətləşdikdən sonra. qəbul etməyi məsləhət görüb.