AZ

Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu

25-26 yanvarda Belçikanın Vise şəhərində keçirilən kişilər arasında Beynəlxalq Belçika Açıq Cüdo turnirində Azərbaycan cüdoçuları uğurla çıxış edərək 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Apasport.az xəbər verir ki, ümumi nəticəyə görə cüdoçularımız medal əyarına görə Almaniya, İtaliya və Belçikanı geridə qoyaraq, Fransadan sonra 2-ci yeri tutublar.

İkinci yarış günündə kişilər arasında -66 kq. çəkidə Elşən Əsədov qızıl medal qazanıb. Eyni çəkidə çıxış edən Nazir Talıbov 5-ci yerdə qərarlaşıb. -81 kq. çəkidə Məhərrəm İmamverdiyev bürünc medal əldə edib.

Həmçinin qadınlar arasında -48 kq. çəkidə Şəfəq Həmidova gümüş medal əldə edib.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək

Cüdoçular üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar keçiriləcək

Bakı birinciliyinə yekun vurulub

Cüdo üzrə Bakı birinciliyi baş tutacaq

Ölkə birinciliyində komanda yarışları baş tutub

Seçilən
13
1
apasport.az

2Mənbələr