AZ

UNEC-in Dərbənd filialına diplom blankları təqdim olunacaq - RƏSMİ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.

Modern.az xəbər verir ki, bu barədə "Report"a UNEC-dən bildirilib.

Qeyd olunub ki, məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Xatırladaq ki, filialın 2023-2024-cü tədris ili üzrə məzunları sosial şəbəkədə diplom ala bilmədikləri barədə məlumat yayıblar.

Seçilən
40
2
modern.az

4Mənbələr