AZ

Təbriz “Traktor”unun oyununda dava düşdü

İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında xoşagəlməz hadisələr yaşanıb.

Yenisabah.az xəbər verir ki, görüş zamanı tribunalarda azarkeşlər arasında dava olub.

Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan 3-ü qadındır. 

Daşla yaralandığı iddia edilən 3 kişi azarkeş isə xəstəxanaya aparılıb.

"Persepolis" - "Traktor" oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. "Persepolis"in baş məşqçisi türk mütəxəssis İsmail Kartaldır. 


Telegram kanalımız
Seçilən
28
3
yenisabah.az

4Mənbələr