AZ

Azərbaycan komandasının dünya qar polosu yarışında növbəti qələbəsi (FOTO)

Bakı. Trend:

Azərbaycanın “Land of Fire” komandası yanvarın 24-26-daİsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cıdünya kubokunda növbəti qələbəsini qazanıb.

Trend xəbər verir ki, HeydərƏliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasınıntəşkilatçılığı ilə növbəti dəfə yarışa qatılan “Land of Fire”komandası finalda İsveçrənin “The Kusnacht Practice” komandası iləqarşılaşıb və ikinci yer üzrə kuboka sahib olub.

Qeyd edək ki, komandamız Sankt Moritzdə iki dəfə - 2022-ci və2023-cü illərdə qar polosu üzrə dünya kubokunu qazanıb.

Yarışlar zamanı Heydər Əliyev Fondunun təşkilatçılığı iləAzərbaycan pavilyonu da fəaliyyət göstərib.

İştirakçılar Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun“Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto və videomateriallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif sərgilərlətanış ola bilib.

Pavilyonda Azərbaycanın müxtəlif milli brendləri – millişirniyyatları təqdim edən “Xurcun”, qədim üzümçülük və şərabçılığıntarixini yaşadan “Meysəri, “MEYVİ”, “I Love Baku”nun məhsullarısərgilənib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi qonaqlar üçünölkəmizin görməli yerlərinə virtual səyahət də təşkil edib,“AzerGold” QSC isə qızıl və gümüş sikkələr sərgiləyib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
19
12
az.trend.az

10Mənbələr