Bakı. Trend:
Orta Dəhliz üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımalarınmühüm iştirakçısı olan ASCO, eləcə də bu dəhliz üzrə yükdaşımalarınbütün iştirakçıları üçün böyük əhəmiyyətə malik növbəti Ro-Paxtipli unikal bərə-gəminin tikintisi davam etdirilir. SöhbətPrezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırlanmışASCO-nun Strateji İnkişaf Planı çərçivəsində inşa edilən saycaüçüncü milli Ro-Pax tipli gəmi-bərədən gedir.
Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, ASCO-nun iki il əvvəl Bakı Gəmiqayırma Zavodundayerləşdirdiyi sifarişə uyğun olaraq tikilən gəminin gövdə hissəsiüzrə işlərinin 88 faizi artıq tamamlanıb. Layihənin mühəndisliküzrə işlərinin 97, satınalma və təchizat üzrə işlərinin isə 82faizi icra edilib.Bununla yanaşı, baş mühərriklər, yanğınsöndürməvə şirin su sistemi, həmçinin yük lifti ilə bağlı avadanlıqlar,nasoslar və elektrik panelləri artıq gəmiyə yerləşdirilib. Bütünbunları nəzərə almaqla, demək olar ki, ümumilikdə sözügedən gəminininşasının 49 faizi geridə qalıb. Gəminin təhvil verilməsi isə gələnilin birinci rübünə planlaşdırılır.
Yeni gəminin dizaynı 2021 və 2022-ci illərdə ASCO-nun balansınaqəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri iləeynidir.
Dedveyti dənizdə 5740 ton olacaq unikal-bərənin sürəti 14 uzel,uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metr təşkiledəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIRqəbul edə biləcək.
Yeni gəmi-bərə də ASCO-nun digər bərələri ilə birgə Gəmiçiliyinyükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına,Xəzər üzərindən artan vaqon və TIR daşıma həcmlərininqarşılanmasına mühüm töhfə verəcək. Ümumilikdə isə bu gəmi-bərəəlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialınınreallaşdırılmasında, Azərbaycan üzərindən keçən nəqliyyatdəhlizlərinin daha da inkişafında xüsusi rol oynayacaq.
Qeyd edək ki, Ro-Pax tipli gəmilərin inşası ölkəmizdə həyatakeçirilənədək gəmi-bərələr xaricdə tikilərək Azərbaycanagətirilirdi. Bu zaman onların Volqa-Don kanalından Xəzərə maneəsizdaxil ola bilməsi üçün eni, uzunluğu və hündürlüyü qısaldılırdı.Nəticədə isə sahə itkisinə yol verilirdi və bu da birbaşayükdaşımaların həcminin azalmasına təsir göstərirdi. İşin BakıGəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri tamaradan qaldırdı. Belə ki, unikal dizayna malik bu tip gəmilərXəzərdə mövcud vəziyyət, gəmiçiliyin vaqon, TIR və sərnişindaşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ənoptimal variant hesab olunur.