Bakı. Trend:
Azad olunan ərazilərdə yanvarın 20-dən 26-dək 69 tank əleyhinəmina, 108 piyada əleyhinə mina, 208 partlamamış hərbi sursat (PHS)aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə AzərbaycanMinatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyatakeçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlikməlumatında deyilir.
Məlumata əsasən, 705.6 hektar ərazi minalardan təmizlənib.