![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/15/1/3a16839c-b4a7-4b88-a067-722c8f1e95d2/zelenski-sefer.jpg)
Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya gedib.
Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Onun sözlərinə görə, Zelenski Osvensim həbs düşərgəsinin azad olunmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Həmçinin, Ukrayna liderinin səfər proqramı çərşivəsində bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.