Böyük Britaniyada fəaliyyət göstərən “4 Günlük Həftə Fondu” tərəfindən həyata keçirilən kampaniyada ölkənin müxtəlif sektorlarından 200 şirkət iştirak edib.

İndex.az xəbər verir ki, işçilərinin sayı 5 mini keçən bu şirkətlər həftənin dörd günü daimi işləmək prinsipini qəbul ediblər. Bildirilib ki, şirkətlərdə həftəlik iş saatı gəlir itkisi olmadan 32 saat olacaq.

Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkətləri olduğu halda, onları 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkəti olub. Dördgünlük iş həftəsi prinsipində iştirak edən 200 şirkətdən 59-u Londonda yerləşən şirkətlər idi.