AZ

Prokurorluq 75,3 milyon manatlıq ziyanı ödətdirib

16:26 27.01.2025
16:26 27.01.2025

Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. 

Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.


Seçilən
31
15
mynews.az

10Mənbələr