AZ

Ötən il Bakı metrosundan ən çox sərnişin Bilik Günündə istifadə edib

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən il Bakı metrosunda bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin sentyabrın 16-da 898 180 sərnişin metrodan istifadə edib.

İkinci ən yüksək göstərici də ötən il qeydə alınıb. Belə ki, noyabrın 7-də metrodan 885 786 sərnişin istifadə edib.

Üçüncü rekord göstərici isə 24 dekabr 2018-ci il tarixinə aiddir. Həmin gün metrodan 882 254 sərnişinə xidmət göstərib.

 

Seçilən
30
azertag.az

1Mənbələr