AZ

Express avtobuslara tələbat artır - SƏBƏBLƏR AÇIQLANDI

2024-cü ildə "BakuBus" MMC-nin “Hava limanı express” avtobuslarından 483 991 nəfər istifadə edib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2 dəfədən çox artım deməkdir. Həmin il sözügedən avtobuslara 208 578 nəfər minib.

Bu, ekpress avtobuslara artan tələbatdan xəbər verir. Mövcud statistika belə düşünməyə əsas verir ki, sərnişinlər daha çox ekspress avtobuslara üstünlük verirlər.

Sözügedən tendensiyanı dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, havalimanları ilə bağlı  dünyada yanaşmalar fərqlidir: “Havalimanları sərnişinlərin çox istifadə etdiyi bir məkandır. Burada da ictimai nəqliyyatın müxtəlif növlərinin olması təbiidir. Bizdə, təəssüf ki, havalimanına əvvəllər yalnız şəxsi avtomobil və ya taksiylə hərəkət etmək imkanı var idi. Son dövrlərdə ekspres avtobuslar yaradılıb. Əslində koronavirus pandemyasından əvvəl də bu var idi. Lakin mövcud vəziyyətlə əlaqədər olaraq onların istifadəsi dayandır. İndi Azərbaycaycan Yerüstün Nəqiyyat Agentliyi (AYNA) sözügedən marşrut xətlərinin fəaliyyətini bərpa edib. Kifayət qədər sərnişin axını var”.

Ekspert bunu sözügedən nəqliyyatın ucuzluğu ilə əlaqələndirib: “Taksi ilə gedəndə təxminən 20 manat ödəməli olursan. Amma ekspres avtobus xətləri müəyyən saatlarda, daha ucuz qiymətə sərnişinləri aparıb çatdırır. Ona görə də axın var. İnsanlar arasında da təbliğat işi aparılır. AYNA  bu ekspres avtobusların haradan hərəkət etdiyi, ödənişin nə qədər olduğu və s. haqqında vətəndaşlara məlumat verir. İnsanlar da görür ki, bu, əlverişli  variantdır. Xüsusilə gündüz vaxtları sxpress avtobuslardan istifadə daha çox olur və bu tendensiya getdikcə artır”.

(cross.media)

Seçilən
8
4
avtosfer.az

7Mənbələr