Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi baş tutub.
Bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.
“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.
![](https://img.qaziler.az/gallery/2025/01/171508_67979be87359b.jpg)
![](https://img.qaziler.az/gallery/2025/01/171508_67979be8758b6.jpg)