Antalyada otel yandı
Antalyanın Alanya rayonunda tikilməkdə olan otelin birinci mərtəbəsində yanğın baş verib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, çağırış üzərinə bölgəyə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib.
Tikinti sahəsinin yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalan 4 işçi qrupların müdaxiləsi ilə xilas edilib.
Komandalar ərazidə işlərini davam etdirir.