Bakı. TurkicWorld:
Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.
TurkicWorld yerli KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, yanğın hotelin mətbəxində səhər yeməyi hazırlanarkən başlayıb. Bildirilir ki, manqala tökülən yağ alovlanıb, aşpazların yanğına yanlış müdaxiləsi və suyun düzgün tökülməməsi nəticəsində alov sürətlə yayılaraq ətrafı bürüyüb.
Hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Həmin vaxt hoteldə ümumilikdə 238 qonaq olub.
Yanğın nəticəsində 79 nəfər həyatını itirib, 50-yə yaxın şəxs isə müxtəlif xəsarətlər alıb.