AZ

Finlandiya daimi yaşayış icazəsi üçün yeni tələblər irəli sürür

Finlandiya hökuməti daimi yaşayış icazəsi əldə etmək üçün yeni və daha sərt tələblərin tətbiqini planlaşdırır.

Yenicag.az xəbər verir ki, ölkənin daxili işlər naziri Mari Rantanen bu dəyişikliklər barədə məlumat verib.

Yeni qaydalara əsasən:

– Daimi yaşayış icazəsi üçün ölkədə qalma müddəti dörd ildən altı ilədək artırılacaq.
– İsveç və ya fin dillərində biliklərin təsdiqlənməsi tələb olunacaq.
– İllik gəlirin minimum 40 min avro olması və ya ölkədə tanınan ali təhsilə və ya doktorantura dərəcəsinə malik olmaq şərti tətbiq ediləcək.

Bu dəyişikliklər Finlandiyada daimi məskunlaşmaq istəyənlər üçün daha yüksək standartlar müəyyənləşdirəcək./Trend/

Seçilən
48
6
yenicag.az

10Mənbələr