AZ

Danimarkada Qrenlandiyanın müstəqilliyi ilə bağlı referendumun təfərrüatlarından danışılıb

Qrenlandiyanın Danimarkadan müstəqilliyi ilə bağlı referenduma hazırlaşmaq üçün xeyli vaxt tələb oluna bilər...

Poliqon RİA Novosti nəşrinə istinadən xəbər verir ki, bunu Danimarka parlamentində Qrenlandiya Komitəsinin sədri Aya Hemnitsona deyib.

O qeyd edib ki, regionun gələcək inkişafı modelinin hazırlanması üçün ilk növbədə xüsusi komissiyanın yaradılması lazımdır.

“Bu, ən azı iki il çəkəcək bir komissiya olacaq. Onda Danimarka Parlamenti bu dialoqu aparmalı olacaq. Bu da illər çəkə bilər. Bundan sonra, bəlkə də referendum olacaq, heç kim bilmir. Dörd il ərzində referendumun olacağını dəqiq söyləmək mümkün deyil”, deyə deputat əlavə edib.

Bundan əlavə, Hemnitsona regionun iqtisadiyyatını gücləndirmək üçün Qrenlandiyanın, o cümlədən Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. O hesab edir ki, Aİ Qrenlandiyaya daha çox cəlb edilməlidir, məsələn, investorları cəlb edə biləcək nadir torpaq minerallarının alınmasına zəmanət verməklə bunu etməlidir.

Poliqon.info

Seçilən
32
1
poliqon.info

2Mənbələr