"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanov azadlığa buraxılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o "TikTok" platformasında canlı yayımlar açmağa başlayıb.
R.Süleymanov sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar etməklə məşhurlaşmışdı.
Xatırladaq ki, o, 2023-cü il noyabrın 27-də saxlanılaraq 45 sutka həbs cəzası almışdı. Bu il yanvar ayının 24-də isə yenidən həbs olunmuşdu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
