Belçika millisinin keçmiş futbolçusu Raca Naynqolan narkotik maddələrin kontrabandasında şübhəli bilinərək həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı futbolçu Cənubi Amerikadan Avropaya gətirilən kokainin Antverpen limanına çatdırılmasında iştirak etməkdə ittiham olunur.
Peşəkar karyerası ərzində "Roma", "Kalyari", "Spal" və "İnter" kimi klublarda çıxış edən və İtaliya çempionu olan Naynqolan 2024-cü ilin sonlarında Azərbaycanın I Liqasında mübarizə aparan "Karvan"la adı hallansa da, vətənində "Lokeren Temse" klubuna keçmişdi.