Türkiyədə hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Qaziantepdə polis əməkdaşları tərəfindən Şehitkamil bölgəsində dilənçilik edən şəxslərin üzərində yoxlanış keçirilib.
Bu zaman 58 yaşlı Abdullah Parlakın üstündən 34 000 lirə (təxminən 2 441 AZN) pul tapılıb.
Onun üzərindəki xeyli miqdarda pul hər kəsi şoka salıb.
Polislər dilənçinin üzərindəki məbləği müsadirə edərək ona inzibati protokol tərtib ediblər.
![](http://ssl.moderator.az/file/articles/2025/01/28/1738035569_1686822078_dilenci.webp)
![](http://ssl.moderator.az/file/articles/2025/01/28/1738035606_1686821700_dcfvbgnhmjk.webp)