AZ

Yonas Urbiq 7 milyon avroya “Bayern”də!

Almaniyanın “Köln” klubunun qapıçısı Yonas Urbiq bundan sonra Bundesliqa nəhəngi “Bayern”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Bayern” 21 yaşlı qolkiperin transferini 7 milyon avroya rəsmiləşdirib. Gənc qolkiperlə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Yonas Urbiq “Köln”ün öz yetirməsidir. O, əvvəlki mövsümlərdə “Yan Regensburq” və “Qroyter Fürt” klublarında icarədə də olub. Urbiq “Köln”ün əsas komandasının heyətində 11 oyuna çıxıb, 22 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Urbiq Almaniyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb, 2023-cü ildən etibarən də U-21-də forma geyinir.

Seçilən
52
arena.az

1Mənbələr