AZ

Dövlət əleyhinə çağırış etmişdi: 6 illik həbs olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun məhkəmə araşdırması tamamlanıb.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, E.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə  7 mərasimində də saxlanılıb.

​​​​​​"Cebheinfo.az"

Seçilən
6
2
cebheinfo.az

7Mənbələr