"Google" Meksika körfəzini Amerikan körfəzi və Denali dağını MakKinli dağı olaraq dəyişdirməyi planlaşdırır. Bu dəyişikliklər Coğrafi Adlar Məlumat Sisteminəd (GNIS) göründükdən dərhal sonra Google Maps xidmətində tətbiq ediləcək...
Poliqon xəbər verir ki, bu barədə Amerikan korporasiyasının X (Twitter) hesabında məlumat yayılıb.
"Google"dan bildirilib ki, onların ad dəyişiklikləri ilə bağlı müəyyən bir təcrübəsi var. Korporasiya ABŞ prezidenti Donald Trampın müvafiq əmrinə əsasən, körfəzin Amerikan körfəzi olaraq dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı istifadəçilərin suallarına belə cavab verib.
Korporasiyadan bildirilib ki, əgər coğrafi obyekt müxtəlif ölkələrdə fərqli adlarla tanınırsa, həmin ölkələrin sakinləri yalnız öz ölkələrində rəsmi olaraq tanınan adı görürlər. Digər regionların sakinləri üçün isə hər iki ad variantı göstərilir.
Bundan əvvəl coğrafiya elmləri namizədi Leonid Kolotilo bildirib ki, Birləşmiş Ştatlar BMT-də Meksika körfəzinin Amerikan körfəzi olaraq dəyişdirilməsini təşviq edə bilər.
Poliqon.info