AZ

Trampın araşdırmalarında iştirak edən bir çox şəxs işdən çıxarıldı

ABŞ Ədliyyə Nazirliyi ABŞ prezidenti Donald Trampa qarşı cinayət təhqiqatlarında iştirak edən bir çox əməkdaşın işinə xitam verib.

Turkustan.az xəbər verir ki, nazirlik keçmiş Xüsusi Səlahiyyətli Prokuror Cek Smitin komandasındakı bir çox prokurorun işdən çıxarıldığını açıqlayıb.

Qərar nəticəsində işdən çıxarılanların adları hələ açıqlanmasa da, adının açıqlanmasını istəməyən Ədliyyə Nazirliyinin rəsmisi işdən çıxarılmaların baş prokurorun müavini Ceyms Mak Henri tərəfindən edildiyini təsdiqləyib. .

"Fox News"-a danışan Ədliyyə Departamentinin rəsmisi, “Bu gün Baş prokuror vəzifəsini icra edən Ceyms Mak Henri Trampın məhkəməsində mühüm rol oynayan bəzi Ədliyyə Departamenti məmurlarının işinə xitam verdi” deyə bildirib.

Keçmiş xüsusi prokuror Cek Smit 2023-cü ilin iyununda Trampa qarşı 37 ayrı ittihamla məhkəməyə müraciət edərək, onun Floridadakı malikanəsində, Mar-a-Laqoda ilk prezidentlik müddətinin sonunda məxfi dövlət sənədlərini gizlətdiyini iddia edib.

Bu işdə Trampla yanaşı Trampın köməkçisi Walt Nauta və Mar-a-Lago şirkətinin əməkdaşı Karlos De Oliveyra da ittiham olunsa da, Tramp ona qarşı bütün ittihamları rədd edib.

İşə sədrlik edən hakim Cannon 2024-cü ilin iyulunda Trampın etirazı ilə istintaqı aparan Smitin təyin edilməsinin Konstitusiyaya uyğun olmadığını əsas gətirərək işi dayandırıb və Trampın seçkilərdə qalib gəlməsinin ardından Smit istintaqı dayandırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr