AZ

“Azərbaycan Dəmir Yolları”nın yükdaşıma gəlirləri 43 mln. manata yaxın azalıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin yükdaşıma üzrə gəlirləri məlum olub. 

Valyuta.az xəbər verir ki, ADY-nin ümumi yükdaşıma gəlirlərinin həcmi 482,77 milyon manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 8,2% və ya  42,7 milyon manata azdır. Belə ki, 2022-ci ildə bu rəqəm 525,5 milyon manat təşkil edib. 

Buna səbəb isə dövlət şirkətinin yükdaşımalarının azalması olub. Belə ki, dəmiryolu ilə daşımalar 2022-ci ildə 18 mln. 730 min ton təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 18 mln. 276 min tona qədər enib. Başqa sözlə, 2023-cü ildə dəmiryolu ilə yükdaşımaları 454 min ton azalıb. 

Qeyd edək ki, ümumilikdə 2023-cü ildə ADY gəlirləri əvvəlki ilə nisbətən 0,2% artaraq 602,67 mln. manat təşkil edib.  Dövlət şirkəti ötən ili 101 mln. manat xalis zərərlə başa vurub.

Seçilən
13
valyuta.az

1Mənbələr