AZ

Maykl Oliver ölümlə hədələnib

İngiltərəli hakim Maykl Oliver Premyer Liqanın XXIII həftəsində "Volverhempton" - "Arsenal" (0:1) qarşılaşmasındakı qərarına görə ölümlə təhdid edilib.

Apasport.az xəbər verir ki, təcrübəli hakim matçın 43-cü dəqiqəsində qonaqların futbolçusu Levis Skeli qırmızı vərəqə ilə cəzalandırıb.

Matçdan sonra hakimin bu qərarı tənqidlərə, hətta təhdidlərə yol açıb. Narazı azarkeşlər Oliverə qarşı təhqir dolu ifadələr səsləndiriblər.

Polis faktlarla bağlı araşdırmaya başlayıb. 

Xatırladaq ki, Maykl Oliver 2018-ci ildə də Çempionlar Liqasının  1/4 final mərhələsində keçirilən "Real" - "Yuventus" matçında verdiyi qərara görə ölümlə hədələnmişdi. 

Qeyd edək ki, Maykl Oliver “Qarabağ”ın bu mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı ev oyununda start fitini səsləndirmişdi. 

Türkiyədə daha bir məşqçi istefaya göndərilib

Abubakar canlı yayımda üsyan etdi: "Artıq dözə bilmirik"

Gözlənilən ayrılıq rəsmiləşdi: Neymar doğma klubuna doğru

Sabiq "Qalatasaray"lı karyerasını bitirib

Nigeriyalı futbolçu “Sevilya”da

Seçilən
7
1
apasport.az

2Mənbələr