AZ

Magistraturaya sənəd qəbulu başa çatıb, 22 minə yaxın bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya sənəd qəbulu başa çatıb.
 
Yanvarın 13-dən başlayan sənəd qəbulu prosesində 21 min 924 bakalavr ərizəsini təsdiq edib.

Onlardan 20 min 57-si Azərbaycan bölməsi, 1 867-si isə rus bölməsi üzrə olan şəxslərdir.

Qeyd edək ki, imtahan fevralın 16-da keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.
 
 
 

Seçilən
39
29
7news.az

10Mənbələr