AZ

İlham Tumas baş redaktor təyin olundu

Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas baş redaktor təyin olunub.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, İlham Tumas bundan sonra jurnalistlik fəaliyyətini RTV internet telekanalında baş redaktor kimi davam etdirəcək. Bu barədə kanal rəhbərliyinin məlumatında bildirilib.

İlham Tumas Bakı Dövlət Universitetini bitirib. 1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist N saylı hərbi hissənin tərkibində Tərtər və Ağdərədə vuruşub.

1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib.

Müxtəlif mətbu orqanlarda, o cümlədən, “Avrasiya”, “Kino”, “Ayna”, “Panorama”, “Hürriyyət”, “Vətəndaş Həmrəyliyi”, “Xural”, “Ekspress”, “24 saat”, “Nota Bene” qəzetlərində çalışıb.

Televiziyalarda nümayiş etdirlən bəzi sənədli filmlərin müəllifi, redaktoru olub. 

APA TV və İctimai TV-də müəllif-layihəsinin aparıcısı olub.

​​​​​​"Cebheinfo.az"

Seçilən
5
2
cebheinfo.az

10Mənbələr