Hindistanda dini mərasimdə qəza baş verib.Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, qəzada 6 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb. Hadisə Uttar Pradeş əyalətində dini mərasim üçün quraşdırılan taxta konstruksiyanın insanların üzərinə aşması nəticəsində qeydə alınıb. Hindistan rəsmilərinin məlumatına görə hadisənin qəsdən törədilməsi faktı da istisna olunmur.
Zərintac MayisqızıMissiya.Az