AZ

Los-Ancelesdə zəhərli kül xəbərdarlığı

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanğın bölgəsində yağışın səbəb olduğu palçığın zəhərli kül axınına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

"Cebheinfo.az" xəbər verir ki,  Kaliforniya meşə yanğınlarından sonra yeni təhlükələrlə üz-üzədir.

Güclü yağışlar sürüşmələrə və zəhərli kül yığınlarının yayılmasına səbəb olur.

İndiyədək yanğınlar nəticəsində 28-dən çox insan həlak olub. Hazırda ərazidən yanğınlar davam edir.

Los-Ancelesdəki bütün böyük yanğınların ən azı 80 faizi nəzarət altına alınıb.

Artıq hakimiyyət orqanları yağışdan “sürüşmə və zəhərli kül” axacağı barədə xəbərdarlıq edir.

Yanğın zonalarında kül yanmış avtomobillər, elektronika, akkumulyatorlar, tikinti materialları, boyalar, mebel və digər məişət əşyalarından ibarət zəhərli qarışıqdır.

Meteoroloqlar yanğınların baş verdiyi ərazilərdə daha çox kül axınının olacağı ilə bağlı xəbərdarlıq edirlər. 

Ərazini təmizləyən qruplara qoruyucu vasitələrdən istifadə etmələri tövsiyə olunub.

Səlahiyyətlilər deyirlər ki, yeni təhlükələrlə mübarizə aparmaq üçün daha çox təxliyə lazım ola bilər.

Seçilən
45
1
cebheinfo.az

2Mənbələr