AZ

"Atalanta" "Barselona" ilə oyuna itki ilə çıxacaq

style='margin-bottom:10px;'>

"Atalanta"nın futbolçusu Ademola Lukman sıradan çıxıb. 

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. 

Nigeriyalı hücumçu komandanın məşqində zədələnib. O, Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda keçiriləcək "Barselona"ya qarşı oyunu buraxmalı olacaq. 27 yaşlı futbolçunun bir aya qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Qeyd edək ki, Ademola Lukman bu mövsüm "Atalanta"nın heyətində 27 oyuna çıxaraq 14 qol vurub və 7 qolun ötürməsini edib. 

"Barselona" - "Atalanta" matçı sabah, Bakı vaxtı ilə 00:00-da başlayacaq. 

Seçilən
30
12
teleqraf.com

10Mənbələr