AZ

"Qəbələ"nin futbolçusu əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
 

Ələsgərovun “Liv Bona Dea Hospital”da gerçəkləşən əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.


Qeyd edək ki, Ələsgərov cari mövsümdə 1 Liqada keçirdiyi 5 oyunda 1 qol vurub. 

Bizim.Media

Seçilən
14
4
bizim.media

10Mənbələr