AZ

Abramoviç Britaniyada yaxtalarını vergidən yayındırmaqda ittiham olunur

Rusiyalı multimilyarder Roman Abramoviç on illərdir ki, yaxtalarına görə vergi ödəmir. 

Valyuta.az xəbər verir ki, onun vergi orqanlarını çaşdırmaq sxemini BBC Jurnalistika Araşdırmaları Bürosu ilə birlikdə ifşa edib.

Nəşrin məlumatına görə, Abramoviç "Eclipse" yaxtasını 2010-cu ildə alıb. 2011-ci ilin Milad günündə jurnalistlər Karib dənizində bu yaxtada milyarderi görüntüləyiblər. BBC öyrənib ki, yaxta Britaniyanın Virgin adalarında yerləşən şirkət tərəfindən icarəyə götürülüb.

Nəşrin məlumatına görə, yaxta alınarkən milyonlarla avro əlavə dəyər vergisi ödəməmək üçün icarəyə götürülüb. Eyni şey milyarderin 2000-ci illərdə aldığı digər beş yaxtaya da aid edilə bilər.

Nəşrlə danışan Abramoviçin vəkilləri iş adamının "həmişə müstəqil peşəkar vergi və hüquqi məsləhətlər aldığını" və "ona uyğun hərəkət etdiyini" bildiriblər.

Paşa Məmmədli
 

Seçilən
30
13
valyuta.az

10Mənbələr