Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. Episentrdə yeraltı təkanların intensivliyi 5,6 bala çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bildirib.
"Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsinin məlumatına görə, bu gün saat 06:54-də seysmik hadisə qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında, Bolşoye Qoloustnoye qəsəbəsindən (İrkutsk dairəsi) 36 km aralıda olub. Episentrdə intensivlik 5,6 bal təşkil edib", - deyə qeyd olunub.
Rusiya FHN bildirib ki, İrkutskda zəlzələ 3 bal gücündə hiss olunub. “Hər hansı dağıntı və xəsarət alan yoxdur, bütün infrastruktur obyektləri ştat rejimində işləyir", - deyə qeyd olunub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta