AZ

13 saylı Xəzər ikinci seçki dairəsinin məntəqə sədri: Vətəndaşlar sərbəst şəkildə səsvermə hüququndan istifadə edirlər

Vətəndaşlar sərbəst şəkildə səsvermə hüququndan istifadə edirlər.

Bunu "Report"a açıqlamasında 13 saylı Xəzər ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Rəhilə Baxşiyeva deyib.

O bildirib ki, seçki məntəqəsində 1379 seçici var:

"Məntəqədə 1379 seçici var və 17 bələdiyyə üzvü seçiləcək. Ümumi fəallıq isə hər zamankı kimi yüksək səviyyədədir. Hər kəs ruh yüksəkliyi ilə səsverməyə qatılıb. Seçicilərimiz saat 8-ə qalmışdan qapıda gözləyirdilər. Əhval-ruhiyyə də yüksək səviyyədədir".

Məntəqənin müşahidəçisi Yasəmən Hacımirzəyeva da seçkilərin şəffaf şəkildə keçdiyini vurğulayıb:

"Müşahidələrimizə əsasən seçicilər çox fəaldırlar. Onlara lazımı izahatlar da verilir, köməklik göstərilir. Proses axarında davam edir".

Seçilən
29
15
report.az

10Mənbələr