AZ

Kişi voleybolçular arasında Azərbaycan çempionatında VIII tur başlayır

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da MOİK - “Neftçi”, 18:00-da “Murov Az Terminal” - “Gənclər” matçı start götürəcək.

Qeyd edək ki, tura yanvarın 30-da baş tutacaq “Azərreyl” - “Xilasedici” görüşü ilə yekun vurulacaq.

Seçilən
34
12
report.az

10Mənbələr